Rusiyalı politoloq: “Nikol Paşinyan Ermənistanın indi olduğu inkişaf səviyyəsinə uyğundur”

Siyasət

“Əlbəttə ki, erməni cəmiyyətində sabitlik yoxdur və bu dünəndən, srağagündən başlamayıb. Əgər siz “meydanı” siyasətə buraxırsınızsa, dərhal qarışıqlıq başlayır. Bunu bir çox postsovet ölkəsinin timsalında gördük”.

Bu sözlər Media.Az-a açıqlmasında rusiyalı politoloq, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin filial direktoru, fəlsəfə elmləri namizədi Pavel Klaçkov deyib.

Rusiyalı politoloq bildirib ki, Ermənistan vaxtında bu “virusu” dayandırmağı bacarmadı və “meydan”dan istifadə etməyə başladılar:

“Meydan isə bütün cəmiyyətin deyil, yalnız səs-küylü hissənin, əsasən isə onun xaricdə hazırlanmış insanlarının maraqlarını ifadə edir”.

P.Klaçkov Nikol Paşinyanın müharibədə məğlub olmasına baxmayaraq özünün və siyasi komandasının reytinqinin müxalifətdən daha yüksək olmasını isə belə şərh edib:

“Hər bir ölkə özünün tarixi inkişaf prosesini keçir və hazırda hansısa bir mərhələdədir. Nikol Paşinyan Ermənistanın indi olduğu inkişaf səviyyəsinə uyğundur. O, yeri gəlmişkən, çoxlarının gözlədiyindən fərqli olaraq, daha dayanıqlı çıxdı.

Onun Qarabağa dair razılaşmanı imzalaması göstərdi ki, o, zəruriliyin və strateji milli marağın nədən ibarət olduğunu anlayır. Ona çox suallar ola bilər, ancaq indi o, erməni cəmiyyətinin əksəriyyəti ilə rezonans yaradır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir