“İskəndər” raketlərini tənqid etməklə Paşinyan özünü pis vəziyyətə salıb – FOTO

Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan erməni hərbçilərinin işğal etdikləri Dağlıq Qarabağ ərazilərini itirməsində Rusiyanı günahlandırıb.

İnfo24.ru bu barədə xəbər yayır.

Onun sözlərinə görə, Rusiya onlara işləməyən “İskəndər” raket kompleksləri verib. Yeri gəlmişkən, Ermənistan Rusiyanın bu növ silah satdığı yeganə dövlətdir.

Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov Paşinyanın açıqlamasını Moskvaya qarşı “tamamilə əsassız” iddia adlandırıb. Mütəxəssis xatırladıb ki, son münaqişə zamanı Azərbaycan tərəfi daim erməni hərbçilərinin hansı silahlardan istifadə etdiyi barədə məlumat verib. “İskəndər” raketlərindən heç vaxt bəhs edilməyib.

“Paşinyanın Rusiyaya qarşı iddiaları olduğu qənaətinə gəlmişəm, amma bunlar konkret faktlara söykənmir və əsassızdır” deyən Sivkov son müsahibəyə qədər Ermənistan hakimiyyəti nümayəndələrinin heç birinin “İskəndər”in adını çəkmədiyini xatırladıb.

Ekspertin fikrincə, Paşinyanın açıqlaması onun “silahlanma məsələlərində səriştəsizliyi” ilə izah olunur. Sivkov bildirib ki, raketlər yalnız bir halda partlamaya bilər- əgər erməni hərbçiləri onları atəşə lazımi dərəcədə hazırlaya bilməyiblərsə. 

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının ehtiyatda olan polkovniki, Hava hücumundan müdafiə mütəxəssisi Mixail Xodarenok qeyd edib ki, Paşinyan kimi bir siyasətçi bu cür ittihamlar irəli sürdüyü halda onun sözləri ən azı raket atışının sayı, bunlardan uğursuz atışların nisbəti, partlamamış raketlərin sayı və s. barədə “konkret statistika” ilə dəstəklənməlidir.  

“İskəndər” sistemləri haqqında köhnə, keyfiyyətsiz və ya bu kimi başqa ittihamlarla danışmaq olmaz. Bunlar yeni sistemlərdir, onların effektivliyi sübut olunub”, – deyə Xodorenok xatırladıb.

O hesab edir ki, Paşinyan gülünc ifadəsi ilə məğlubiyyətə görə məsuliyyəti üzərindən atmaq istəyir.

Rusiya Federasiyasının Dövlət Dumasının üzvü Dmitri Sablin Ermənistan baş nazirinin sözlərini “Pis rəqqasa ayaqları mane olur” atalar sözü ilə şərh edib. O, “İskəndər”lərin Suriyada fəal şəkildə istifadə edildiyini və yüksək təsirli müasir silah növü olduqlarını sübut etdiyini xatırladı.

Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin isə Paşinyanın əsassız ittihamlara görə Rusiya tərəfindən üzr istəməsini tələb edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir