“Azərbaycan hökumətinin Qarabağ ermənilərinə birbaşa müraciətini alqışlayırıq”.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “BBC Azərbaycan”a müsahibəsində deyib.
O bildirib ki, ikitərəfli müzakirələrdə əsas məsələlərdən biri Qarabağdakı erməni icmasının hüquq və təhlükəsizlikləri ilə bağlıdır:
“Digər ölkələrdə bu hüquq və təhlükəsizliyin təmin olunması ilə faydalı modellər var. Biz görürük ki, bu məsələlər həm Bakı ilə İrəvan, həm də Bakı ilə Qarabağdakı erməni icması arasında müzakirə olunur”.
www.RIA24.az