İlham Əliyev: “Litva və Azərbaycan mühüm nəqliyyat hablarıdır”

Siyasət


“Bu gün Litva və Azərbaycan mühüm nəqliyyat hablarıdır”.

“Report”un Vilnüsə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Litva- Azərbaycan biznes forumunun açılışında deyib.

Onun sözlərinə görə, hər iki ölkənin işgüzar dairələrinin diqqət yetirməli olduğu mühüm sahələrdən biri logistika və nəqliyyatdır.

“Biz nəqliyyat sektoruna təkcə tranzitdən gəlir mənbəyi kimi deyil, həm də kiçik və orta sahibkarlıq üçün fürsət kimi baxırıq. Bu gün Litva və Azərbaycan regionumuzda mühüm nəqliyyat hablarıdır”, – dövlət başçısı bildirib.

Prezident əlavə edib ki, Azərbaycan Xəzər dənizi vasitəsilə daha çox yük daşımaq üçün dəniz limanlarının infrastrukturuna, gəmilərin tikintisinə böyük sərmayələr yatırır. O, bunun iki ölkə arasında əməkdaşlıqda mühüm sahəyə çevrilə biləcəyini qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir