“Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.
“Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İldən-ilə nəql edilən, ixrac edilən qazın həcmi artıb və artacaqdır”, – dövlət başçısı vurğulayıb.
www.RIA24.az