İlham Əliyev və Mehriban Əliyevanın Vilnüsdə rəsmi qarşılanma mərasimi keçirilib – FOTO/VİDEO

Siyasət


Litvada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi keçirilib.

Bu barədə “Report”un Vilnüsə ezam olunan əməkdaşı xəbər verir.

Prezident Sarayının həyətində fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Litvanın Prezidenti Gitanas Nauseda və Litvanın birinci xanımı Diana Nauseda qarşılayıblar.

Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra Azərbaycan və Litva prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir