Ermənistan-Azərbaycan danışıqları Brüssel və Vaşinqtonun ardından Moskvada davam etdirilib.
“Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjet məhz bu mövzuya həsr olunub.
“Bu, onu göstərir ki, dünyanın aparıcı siyasi qüvvələri bölgədəki nizamlanmada pay sahibi olmaq uğrunda yarışırlar. Lakin bir məsələni anlamaq lazımdır ki, onlar bunu humanizm naminə deyil, öz imperialist maraqları xatirinə edirlər”, – deyə videomaterialda vurğulanır.
Qeyd olunur ki, qlobal güclərin qarşısında duruş gətirmək üçün Cənubi Qafqaz xalqları bölgədəki proseslərin cilovunu öz əlindən buraxmamalıdır.
Daha ətraflı “Caliber”in yeni süjetində:
www.RIA24.az