Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyətlər verildi – FƏRMAN

Siyasət

Azərbaycan Respublikası Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamında dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Dəyişikliyə əsasən, Böyükşor və Zığ göllərindən istifadə və onların mühafizəsi sahəsində idarəetmə bundan sonra İqtisadiyyat Nazirliyinə deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir