Bakıda koronavirusla mübarizə aparan tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Siyasət


Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2023-cü il iyulun 1-dək kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 2023-cü il mayın 1-nə kimi nəzərdə tutulmuşdu.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir