İlham Əliyev Nikol Paşinyanı ağıllandırır – ŞƏRH

Siyasət


Ermənistanın baş naziri Nikol Paşinyan ağıllanır. O, artıq “Qarabağ Azərbaycandır” deyir, bu azmış kimi, Qazaxın yeddi kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycanın olduğunu etiraf edir.

Vaxt var idi, Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deyirdi, Şuşada halay vururdu. İndi val dəyişib, daha doğrusu, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, ardıcıl, sistemli siyasəti nəticəsində Paşinyanın çarxı dəyişdirilib.

Valı dəyişən Paşinyan quzu kimi sakitdir. Bu, öz xoşu ilə olmayıb, Azərbaycanın təzyiqlərinin bəhrəsidir.

Paşinyan Azərbaycanın 44 günlük Vətən müharibəsində qalibiyyətindən sonra da hədə-qorxu gəlirdi. Amma bu heç bir fayda vermədi, əksinə, özünü beynəlxalq aləmdə rüsvay etdi.

İndi Paşinyan məcbur qalıb Azərbaycan Prezidentinin fikirləri ilə razılaşır.

Qısası, Prezident İlham Əliyevin siyasəti Paşinyanı yeni geosiyasi reallığı qəbul etməyə məcbur etdi.

Müqayisə üçün qeyd edək ki, dəfələrlə Paşinyanın bir söz dediyini, sonra isə əksini etdiyini görmüşük. Nəticədə nə oldu?! Mənzərə ortadadır. İndi Paşinyan sözünün üstündə durmalı və bu istiqamətdə praktiki addımlar atmalıdır.

Bütün bunlar Prezident İlham Əliyevin ardıcıl, prinsipial, düşünülmüş və məntiqli siyasət yürütdüyünü aydın göstərir.

Müharibədən sonrakı dövrdə bəziləri suallar verir, Azərbaycan dövlətini ittiham edirdilər. Az qala o fikir formalaşdırılırdı ki, Ermənistan yenidən Qarabağı işğal edə bilər. 

Zaman göstərdi ki, İlham Əliyev nəyi, necə və nə zaman etməyi yaxşı bilir.

Bununla yanaşı, xaricdə kimsə Paşinyana qahmar çıxmağa, ondan artıq erməni olmağa çalışmamalıdır.

Bu gün Paşinyan yeganə çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görür və düzgün addım atır. Onu bu yoldan döndərmək istəyənlər isə ilk növbədə erməni xalqına pislik edəcəklər.

Prezident İlham Əliyev hədəfləri daha da böyük tutur. Bu, danışıqlarda Paşinyana qarşı məcburetmə aktıdır. Bunun davamının gələcəyi şübhəsizdir.

Aqil Vəlili

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir