“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin işçilərinin say həddi 655 ştat vahidindən 757-ə çatdırılıb.
Bundan başqa, dövlət xidmətinin tərkibində Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb.
www.RIA24.az