Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar – FOTOREPORTAJ

Siyasət

Cəbrayıl qəbiristanlığı ermənilərin Qarabağda dağıtdıqları onlarla məzarlıqdan yalnız biridir. Burada bəzi məzarlar qazılıb. Dəfn olunmuş insanların sümüklərini asanlıqla görmək mümkündür.

WorldMedia.Az-ın İranın “Fararu” saytına istinadən bildirilir ki, Azərbaycanın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonları işğal edilərkən talan olunub, orada hər şey məhv edilib və bu şəhərlər faktiki olaraq, “ruhlar şəhəri”nə çevrilib. Üstəlik, bölgədəki qəbiristanlıqlar da yerlə-yeksan olunub.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərdəki bütün qəbiristanlıqların məhv edildiyini bildirib.

“Bu, vandalizmin ən iyrənc formasıdır”, – deyə o qeyd edib: “Ermənilərin azərbaycanlılara məxsus məzarlarla belə, savaşmasına, qəbirləri talan etməsinə ad tapmaq çətindir. Onlar sanki ölülərdən də intiqam almaq istəyiblər”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir