NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gəlir

Siyasət


NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina mayın 24-də Gürcüstana səfər edəcək.

O, Tbilisiyə regional tur çərçivəsində yollanır.

NATO-nun xüsusi nümayəndəsi Gürcüstanla yanaşı, Azərbaycana və Ermənistana da səfər edəcək.

Səfərin məqsədi və görüşlərdə müzakirə olunacaq məsələlər barədə Xavyer Kolomina günün ikinci yarısında NATO-nun əlaqə ofisində çıxış edəcək və jurnalistlərin suallarını cavablandıracaq.

Mənbə: 1tv.ge

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir