Azərbaycanın aparıcı KİV rəhbərləri TASS-ın fəaliyyəti ilə tanış olublar – FOTO

Siyasət


“Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” adlı dəyirmi masada iştirak etmək üçün Moskvaya səfər edən Azərbaycanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin (KİV) rəhbərləri Rusiyanın TASS informasiya agentliyinin fəaliyyəti ilə tanış olublar.

“Report”un Rusiya paytaxtına ezam olunan müxbiri xəbər verir ki, onlar əvvəlcə Moskvada TASS-ın binasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş fotosərgiyə baxış keçiriblər.

Daha sonra onlara Rusiya dövlət xəbər agentliyinin fəaliyyəti barədə məlumat verilib. KİV nümayəndələri TASS-ın redaksiyalarına baş çəkiblər. Onlara bildirilib ki, agentlik BMT-nin bütün rəsmi dillərində gündə 3 000-ə yaxın, o cümlədən rus dilində 1 500-ə yaxın xəbər hazırlayır. TASS multimedia da daxil olmaqla, bir sıra müxtəlif avadanlıqlara malikdir.

İnformasiya agentliyinin müxbir şəbəkəsi 53 ölkədə fəaliyyət göstərir. TASS-ın xaricdə 56 müxbiri var. Cənubi Afrika Respublikası, Avstraliya kimi ölkələrdə isə TASS Rusiya mediasını təmsil edən yeganə agentlikdir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir