“Xocalı faciəsinin Azərbaycan xalqının ürəyində açdığı yaralar hələ də sağalmayıb”.
Oxu.Az xəbər verir ki, bunu Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən tədbirdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, Xocalı faciəsini törədənlərin başında duranlar bu günə qədər ədalət məhkəməsi qarşısına çıxarılmayıb.
C.Bayramov bildirib ki, Xocalı soyqırımına beynəlxalq müstəvidə lazımı hüquqi-siyasi qiymət verilməyib.
Aqşin Kərimov