Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə əməkdaşlıq daha da genişləndiriləcək – FOTO

Siyasət


“Azərbaycan ilə Türkiyə arasında aqrar sahədə birgə layihələrin reallaşdırılması, aqrar sənaye kompleksinin inkişafı ilə bağlı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var”.

Bunu Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva Türkiyədə Toxum Sənayeçiləri və İstehsalçıları Subassosiasiyası (TSÜAB) sədri Yıldıray Gənçər ilə keçirilən görüşdə bildirib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında icra edilən müxtəlif layihələr, aqrar sahədə innovasiyaların təşviq və tətbiqi, yeni texnologiyalardan istifadə etməklə məhsuldarlığın yüksəldilməsi, aqrar idarəetmənin təkmilləşdirilməsi və əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər aqrar sahədə Azərbaycan və Türkiyə birgə əməkdaşlığının daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.

TSÜAB sədri Yıldıray Gənçər Azərbaycan Toxumçular Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirib və Assosiasiyanın ECOSA-ya üzv olduğunu bəyan edib. TSÜAB sədri Mədinə Əliyevanı ECOSA-nın İdarə Heyətində görməkdən məmnun olduğunu və quruma üzv olmağı təklif edib. Görüşün sonunda Azərbaycan Toxumçular Assosiasiyası ilə TSÜAB arasında əməkdaşlıq protokolu imzalanıb.

Səfər çərçivəsində Türkiyə Toxumçular Birliyinin sədri Savaş Akçan ilə ikitərəfli görüş keçirilib. Qeyd olunub ki, əsas məqsəd iki ölkə arasında aqrar biznes imkanlarının və yeni layihələrin yaradılmasına nail olmaqdır. Bunun üçün bu sahədə birgə fəaliyyət və layihələrin icrası üçün böyük potensial var.

Səfər zamanı Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Bitkiçilik Baş İdarəsinin rəhbəri doktor Mehmet Haşdemir ilə görüş keçirilib. M.Haşdemir yaxın gələcəkdə assosiasiya ilə birlikdə icra ediləcək layihələr və əldə ediləcək nəticələrdən bəhs edib. Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir