Korotçenko: “İlham Əliyev müdrik siyasətçi, Rusiyanın etibarlı dostu və müttəfiqidir” – FOTO

Siyasət

Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Prezident İlham Əliyevin bu gün keçirdiyi mətbuat konfransına münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, o, bununla bağlı “Twitter” hesabından paylaşım edib.

Korotçenko Azərbaycanın dövlət başçısının tədbirdə çox güclü çıxış etdiyini vurğulayıb və onu müdrik siyasətçi, Rusiyanın etibarlı dostu və müttəfiqi adlandırıb.

“Moskvanın MDB məkanında belə etibarlı strateji tərəfdaşı azdır”, – deyən ekspert Rusiya və Azərbaycan arasında münasibətlərin əla olduğunu da qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir