“Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın baş nazir müavinləri arasında regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair qalan məsələlərin həlli üzrə danışıqlar Moskvada keçiriləcək”.
Bu barədə cümə axşamı jurnalistlərə baş nazirin müavini Aleksey Overçuk bildirib.
O, qeyd edib ki, tərəflər kommunikasiyaların açılmasının necə davam etməsi ilə bağlı eyni anlayışı bölüşürlər və hazırda texniki detallar müzakirə olunur.
“Bunlar çox vacib detallardır, çünki söhbət Azərbaycan və Ermənistan arasında sərhədi keçmə prosedurundan, sərhəd, gömrük və digər nəzarət növlərinin necə həyata keçiriləcəyindən gedir. Bu, çox vacibdir”, – Overçuk vurğulayıb.
Rusiya Baş naziri müavininin sözlərinə görə, bu məsələlərə qarşıdakı iclasda baxılacaq.
“Konkret olaraq, biz sadəcə keçidin hansı qaydada və hansı prosedurlardan ibarət olacağı barədə danışacağıq”, – deyə o bildirib.
Mənbə: TASS
www.RIA24.az