İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında xüsusi dəvət olunmuş qonaq qismində iştirak edəcək

Siyasət


Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında xüsusi qonaq qismində iştirak edəcək.

Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

İclasa videobağlantı vasitəsilə Özbəkistan və Tacikistan liderləri Şavkat Mirziyoyev və Emoməli Rəhmon da qoşulacaqlar.

“Əsas olan bu məqamdır ki, bu gün ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev görüşdə xüsusi qonaq qismində iştirak edəcək”, – Peskov vurğulayıb.

Mənbə: TASS

www.RIA24.az