Ermənistan Dağlıq Qarabağla bağlı baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun üçüncü iclasında iştirak etmək niyyətindədir.
TASS-ın məlumatına görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun üçüncü iclasının fevralın 27-də Moskvada keçirilməsi planlaşdırılır. Hazırda bütün tərəflər iştiraklarını təsdiqləyib”, – deyə o vurğulayıb.