Rəcəb Tayyib Ərdoğan: “Haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik” – FOTO

Siyasət

“Tək millət iki dövlətik… Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı bəyanatında deyib.

O, Xocalıda vəhşicəsinə qətlə yetirilənləri rəhmətlə andığını vurğulayıb.

“İllər keçsə də ağrısını unutmayacağımız, kədərini təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı ayırd edilmədən qəddarcasına qətlə yetirilən 613 Azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, – deyə Türkiyənin dövlət başçısı vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir