Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkməlidirlər.
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, gün gələcək Xocalıda yurdlarından didərgin düşən insanlar öz torpaqlarına qayıdacaqlar:
“Xocalı qətliamının günahkarları, insanlara qarşı vəhşilik törədənlər öz günahlarını çəkməlidirlər. Artıq Müzəffər Azərbaycan ordusu ərazi bütövlüyünü bərpa edib. İnşallah yaxın zamanda Xocalıdan didərgin düşən şəxslər öz torpaqlarına qayıdacaq. Xocalıda şəhid olanların da ruhu şad olacaq”.
Qeyd edək ki, Erkan Özoral Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Ana fəryadı” abidəsini ziyarət edib.
Hocalı’da yaşanan ve 613 Azerbaycanlı kardeşimizin katledildiği facianın 29. yıldönümü vesilesiyle Büyükelçi Erkan Özoral Ana Feryadı Anıtı’nı ziyaret ederek, Hocalı kurbanlarını anmış ve Anıta çiçek bırakmıştır. pic.twitter.com/fhTc0t0toV
— Bakü Büyükelçiliği (@TCBAKUBE) February 26, 2021
Könül Cəfərli