Vladimir Putin İlham Əliyevi 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib

Siyasət


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkəniz iqtisadi və sosial sahələrdə heyrətamiz irəliləyişlər əldə edib. Azərbaycan dünya arenasında layiqli nüfuza malikdir və beynəlxalq gündəmdə olan bir çox mühüm məsələlərin həllində fəal rol oynayır.

Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik münasibətləri səviyyəsinə çatıb. Müxtəlif sahələrdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik inkişaf edir.

Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə bütün tərəfdaşlıq əlaqələrinin daha da genişlənməsini təmin edəcəyik.

Sizə, hörmətli İlham Heydər oğlu, səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə xoşbəxtlik və firavanlıq arzulayıram”.

Mənbə: kremlin.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir