Böyük Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana gəlir

Siyasət


Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Nikolson Azərbaycana səfərə gəlir.

Bu barədə APA-ya Böyük Britaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, ticarət elçisi Bakı Enerji Həftəsində iştirak etmək və Böyük Britaniyanın Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə sadiqliyini vurğulamaq üçün bu gün Azərbaycana dördgünlük rəsmi səfər edəcək.

O, işğaldan azad edilən ərazilərin bərpasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Prezidentin Zəngilan, Qubadlı və Cəbrayıl rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev və Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimovla görüşəcək.

Səfər zamanı Baronessa Nikolson Azərbaycanın enerji bazarı imkanlarını və enerji keçidini müzakirə etmək üçün “Baku Connect Event”də də iştirak edəcək. O, həmçinin Bakı Enerji Həftəsi və Bakı Enerji Forumunda da iştirak edəcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir