Azərbaycanda səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq səmimi qarşılamaya görə Prezident İlham Əliyevə təşəkkür edib.
Bu barədə o, özünün “Twitter” hesabında paylaşım edib.
“İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir, həmçinin müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir”, – deyə İsxak Hersoq əlavə edib.
Dostum, Azərbaycan prezidenti İlham Əliyevə @presidentaz, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm. İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. 🇮🇱🤝🇦🇿 pic.twitter.com/i2e5tz4QP7
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) May 30, 2023
www.RIA24.az