Azərbaycan Prezidentinin fevralın 26-da yerli və xarici kütləvi informasiya vasitələri (KİV) üçün keçirdiyi mətbuat konfransı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
Bu ölkənin “marneulifm.ge” informasiya portalı AZƏRTAC-a istinadla Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransını tam şəkildə oxucuların diqqətinə çatdırıb.
Bundan başqa, “report.ge”, “aktual.ge”, “interpress.ge”, “gaxa.ge”, “dalğatv.ge”, “1tv.ge” və digər portallar Azərbaycan Prezidentinin söylədiyi müxtəlif fikirlər barədə məlumatlar yayıblar.