“1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması uğuru, dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin edə biləcək yeganə addım idi”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
“Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi Azərbaycanı dünyanın enerji ictimaiyyətinə tanıdan ilk tədbir oldu”, – deyən dövlətimizin başçısı davamlı dəstəyə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
www.RIA24.az