Kişineudakı Zirvə Toplantısından son məlumat – VİDEO

Siyasət


“Moldova prezidenti tərəfindən 47 ölkənin rəhbərinin qarşılanma mərasimi başa çatdı və ardınca sammitin giriş hissəsi baş tutdu”.

Bu barədə Baku TV-nin Şərqi Avropa bürosunun xüsusi müxbiri Mübariz Aslanov “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı haqqında son məlumatları çatdırarkən deyib.

Onun sözlərinə görə, Moldova Prezidenti Maya Sandu qonaqları salamladıqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı olub.

V.Zelenski bildirib ki, sammitə ölkəsində gedən müharibə ilə bağlı yeni koalisiyanın yaradılması üçün təkliflərlə gəlib. 

M.Aslanov, həmçinin qeyd edib ki, jurnalistlər Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın planlaşdırılan görüşündən sonra keçiriləcək mətbuat konfransını gözləyirlər.

Ətraflı videonu təqdim edirik:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir