Mayın 31-də “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimi baş tutub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Bakı Enerji Həftəsi”ndə baş tərəfdaş olaraq iştirak edir.
SOCAR-dan verilən məlumata görə, sərgidə iştirak edən SOCAR-ın “apstrim”, “midstrim” və “daunstrim” istiqamətlərində, həmçinin marketinq, satış fəaliyyəti və müxtəlif xidmətləri barədə məlumatlar təqdim olunur.
Bakı Expo Mərkəzində təşkil olunan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin girişində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi nümayiş olunur.
Yaşıl enerji layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpa olunan enerji mənbələri üzrə pilot layihələri, habelə 2022-ci il ərzində rekultivasiya edilmiş ərazilər, şirkətin karbon emissiyasının azaldılması istiqamətlərində gördüyü işlər barədə informasiyalar təqdim olunur.
Stenddə, həmçinin SOCAR-ın elmi-tədqiqat, rəqəmsallaşma istiqamətlərindəki fəaliyyəti, aldığı mükafatlar, nanotexnologiyalar, təlim və təhsil proqramları barədə məlumatlar öz əksini tapıb.
www.RIA24.az