Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.
Bu barədə nazirliyin “Twitter” hesabında paylaşım edilib.
“Hindistanda dəhşətli qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi.
Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, Hindistan Respublikası hökumətinin və xalqının kədərinə şərik oluruq”, – deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, iyunun 3-də axşam saatlarında Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə 288 ölüb, 900-ə yaxın insan yaralanıb.
Deeply saddened by the news of terrible passenger train accident in #India.
We express our deepest condolences to the families who lost their loved ones in this tragic accident & share the grief of the people and Government of the Republic of India. @MEAIndia 🇮🇳
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 3, 2023
www.RIA24.az