Azərbaycan HDQ-nin komandanı İtaliyada beynəlxalq müdafiə sərgisinin açılış mərasimində iştirak edib

Siyasət


Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə bu ölkəyə səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

La Spezia Hərbi Dəniz Bazasında keçirilən 8-ci “Seafuture 2023” Beynəlxalq Dəniz Müdafiəsi sərgisinin açılış mərasimində iştirak edən vitse-admiral S.Bəkirov İtaliya Respublikasının müdafiə naziri Guido Crosetto ilə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Beynəlxalq Dəniz Müdafiəsi sərgisi 25 ölkənin HDQ komandanı, 36 ölkənin nümayəndə heyəti və müxtəlif aparıcı müdafiə sənayesi şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir