“Azərbaycanda özəlləşdirmə sahəsində çox yaxşı vəziyyət var. Məsələn, Azərbaycanda yerin təki özəlləşdirilməyib, dövlət də yerin təkindəki sərvətlər hesabına qazanılan gəlirlə bir çox mühüm işlər görür”.
Oxu.Az bildirir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Tahir Kərimli qeyd edib ki, dövlətin xarici borclanmaya getməsi pis bir hadisə deyil.
“Tez-tez eşidirik ki, Azərbaycanın xarici borcu azalır. Xarici borc pis şeydirsə, niyə ən inkişaf etmiş dövlətlər də xarici borclanmaya gedir?” – deyə o əlavə edib.
www.RIA24.az