Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə alınmaqla, bu il orta illik inflyasiyanın 10,4% olması proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O bildirib ki, Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində proqnozlaşdırılır:
“İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. Dünən AMB tərəfindən bu il üçün 8,9% səviyyəsində inflyasiya göstəricisi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur”.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib. 2022-ci ilin payızında təqdim edilmiş hökumətin ilkin qiymətləndirmələrinə görə, 2023-cü ildə orta illik inflyasiya proqnozu 6,9% təşkil edib.
www.RIA24.az