“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi dəstəklənilməlidir və sülh üçün səylər göstərilməlidir”.
“Report” xəbər verir ki, bunu Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini – Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında deyib.
“Bununla bağlı hər zaman perspektivlər var və bu istiqamətdə həmişə səy göstərmək lazımdır”, – o bildirib.
A.Manilov qeyd edib ki, bu gün MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında Ermənistanın sərhəd qurumu da iştirak edib:
“Ümid edirəm ki, Ermənistanda keçiriləcək növbəti görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək”.
www.RIA24.az