Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti Uilyam Rutoya təqdim edib.
Bu barədə Azərbaycanın Keniya Respublikasındakı səfirliyi məlumat yayıb.
Uilyam Ruto səfiri salamladıqdan sonra ona yeni fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib.
Öz növbəsində Sultan Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin Keniya Prezidentinə və xalqına salamlarını və xoş arzularını çatdırıb və ölkələr arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Azərbaycanın Nayrobidə səfirliyinin açılmasının əlamətdar hadisə olduğunu söyləyən səfir 2024-cü ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi olduğunu qeyd edib.
Görüşün sonunda səfir S.Hacıyev Prezident Uilyam Rutoya xoş və səmimi qəbula görə təşəkkür edib və onun salamlarının Prezident İlham Əliyevə çatdırılacağını bildirib.
www.RIA24.az