TƏBİB-in icraçı direktoru vətəndaşları qəbul edib – FOTO

Siyasət


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, qəbul qrafikinə uyğun olaraq, TƏBİB-in inzibati binasında vətəndaşları qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə keçirilən qəbul prosesində TƏBİB-in icraçı direktorunun müavini və aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib və araşdırılaraq qanunvericiliyə uyğun baxılması məqsədilə TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir