Ermənistan ənənəvi olaraq regionun ekologiyası üçün təhdidlər yaratmaqda davam edir. Növbəti təhdid Naxçıvan istiqamətindədir.
Belə ki, Ermənistan Naxçıvanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyən kəndində ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.
Rayon sakinləri bildirirlər ki, bu, Ermənistanın növbəti ekoloji cinayətidir:
“Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda da tikə bilər”.
Qeyd edək ki, buna qədər Ermənistan Azərbaycana qarşı bir sıra ekoloji terrorlar törədib. “Metsamor” AES-dəki təhlükəli vəziyyət, Oxçuçayın çirkləndirilməsi, Sərsəng su anbarının qurudulması belə ekoloji terrorlar sırasındadır.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.RIA24.az