“Prezident İlham Əliyevin siyasəti nəticəsində azad Laçın Ermənistanın işğalı altında 30 il davam edən vandalizmdən sonra yeni intibah və inkişaf mərhələsinə qədəm qoyur”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabındakı paylaşımında qeyd edib.
O qeyd edib ki, müasir şəhərsalma və inkişaf konsepsiyalarının bütün yeni elementləri Laçında tətbiq edilir.
As a result of President Ilham Aliyev’s policy, free Lachin is entering a new stage of renaissance and development after the 30-year long vandalism under the occupation of Armenia. All new elements of contemporary urban planning and development concepts are applied in #Lachin. pic.twitter.com/fMjWbfXHli
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 9, 2023
www.RIA24.az