Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Bununla da komissiyada baxılan müraciətlərin sayı 750-ni ötüb.
Komissiyanın növbəti toplantısının martın 9-da keçirilməsi nəzərdə tutulur.