Ərdoğanın Bakı səfərinin dəqiq tarixi məlum oldu

Siyasət


Növbəti dəfə Türkiyə Cümhuriyyətinin prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin dəqiq tarixi bəlli olub.

Bununla əlaqədar Türkiyə mətbuatı xəbər dərc edib.

Belə ki, R.T.Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Respublikasına, bir gün sonra, iyunun 13-də isə Azərbaycana səfər edəcək.

“İyunun 13-də Rəcəb Tayyib Ərdoğanın dayanacağı qardaş ölkə Azərbaycan olacaq. Prezident Ərdoğan iyunun 13-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək”, – qəzet yazır.

Mənbə: Yenisafak.com

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir