2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Yunanıstana təqribən 300 min ton xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 3,25 faizini təşkil edir.
“Trend” xəbər verir ki, ötən ilin analoji dövründə Yunanıstan Azərbaycandan neft idxal etməyib.
Qeyd olunan dövrdə Azərbaycandan Yunanıstana ixrac edilən neft və neft məhsullarının dəyəri 190 milyon 160 min dollardan çox olub.
Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9 milyon 236 min tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı təxminən 5 milyard 715 milyon dollar olub ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829 564 dollar azdır.
www.RIA24.az