Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafətində məşhur müğənni Azərin “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.
Oxu.Az xəbər verir ki, müğənninin möhtəşəm ifasını liderlər və bütün qonaqlar ayaq üstə alqışlayıblar.
Həmin görüntüləri təqdim edirik:
www.RIA24.az