Beynəlxalq arxitekturanın çöküşü fonunda dəyişməyən reallıq: Qərbin ikili standartları – RƏY + FOTO

Siyasət


“Rusiya-Ukrayna münaqişəsi fonunda geosiyasi konfiqurasiyadakı dəyişiklik, qütblərarası ziddiyyətin dərinləşməsi şəraitində beynəlxalq arxitekturanın çöküşü müşahidə olunsa da, dəyişməyən bir reallıq var: Qərbin ikili standartları”.

Bunu “Report”a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bir sıra nüfuzlu qərb media resursları, məsələn, “Economist”in Ermənistanı Rusiyanın ən yaxın müttəfiqi adlandıraraq rəqəmlərdə ehtiva olunan statistika tirajlamağına baxmayaraq, İrəvan nə hər hansı sanksiyaya, nə də çəkindirici çağırışa məruz qalıb:

“Ermənistan bu kimi ritorikadan kənarda tutulub. Əlbəttə, Azərbaycan üçün məlum yanaşma yeni deyil, çünki BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin işğalına, bir milyondan artıq məcburi köçkünə rəğmən, Qərbin həmin ikiüzlülüyünü 30 il müşahidə etmişik. 30 il ərzində Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı kimi şəhərlərin, yüzlərlə kəndin yer üzündən silinməsinə baxmayaraq susan Qərb Azərbaycan hərbi-siyasi yolla işğala son qoyduqdan sonra azad olunmuş torpaqlarımızda “erməni irsi”nin müdafiəsinə qalxdı”.

Deputat vurğulayıb ki, Qərbdən Ermənistanın ikiüzlülüyünə – Avropada Rusiyanı qınayan bəyanatları fonunda Paşinyanın tez-tez Moskvaya səfər edib, Ermənistanın Rusiyaya sədaqətini nümayiş etdirmək cəhdlərinə hansısa reaksiya gözləmək sadəlövhlükdür:

“Qərbpərəst və demokrat kimi “Demokratiya sammiti”nə dəvət alan Paşinyanın bir neçə həftə sonra, 9 mayda Moskvada keçirilmiş paradda iştirakı, ardınca Avropa Sammitinə qatılması, bu riyakarlığa isə sükutla yanaşılması Qərbin artıq bütün siyasi dəyərlərini itirdiyini göstərir”.

Onun fikrincə, belə bir vəziyyətdə Qərbdən hər hansı bir beynəlxalq hüquq subyektinə, o cümlədən fiziki və hüquqi şəxsə münasibətdə Rusiya ittihamı saxtakarlıqdan başqa bir şey deyil:

“Digər tərəfdən, Qərbin Ermənistanın Rusiya ilə münasibətlərinə “dözümlülük” nümayiş etdirməsi müəyyən versiyalar üzərində, məsələn, Qərbin bəzi dövlətlərinin və liderlərinin özlərinin Ermənistan vasitəsilə Rusiyada biznes maraqlarını təmin etməsi barədə düşünməyə əsas verir. Davamlı şəkildə Ukraynaya dəstək ifadə edən Fransanın Rusiya ilə gizli danışıqlar aparması barədə məlumatlar tirajlanmaqdadır. Ermənistanın Avropada və dünyadakı əsas havadarının bu cür ləyaqətli olmayan davranışı fonunda, təbii ki, Rusiya mövzusunda İrəvandan və İrəvana baxış da elə bu cür ikiüzlü siyasəti ehtiva etməli idi”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir