AYNA: “Taksi aqreqatorları qanunvericilikdəki boşluqlardan istifadə edirlər”

Siyasət


“Azərbaycandakı taksi aqreqatorları qanunvericilikdəki boşluqlardan istifadə edir, dövlət qurumları ilə əməkdaşlıqda maraqlı olmurlar”.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Qanunvericilikdə taksi aqreqatorları, eləcə də avtobus hesab edilməyən, taksi də olmayan nəqliyyat vasitələri ilə sərnişindaşımaya dair boşluqlar var. Məqsədimiz bu boşluqları aradan qaldırmaq, qanunvericiliyə ediləcək dəyişikliklərlə sözügedən sahədə fəaliyyəti tənzimləməkdir”, – deyə o qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir