Milli Məclisin iclasında deputat Əli Məsimli Azərbaycanda qiymət artımından danışıb.
Oxu.Az-ın məlumatına əsasən, Ə.Məsimli bildirib ki, monopolistlər müxtəlif bəhanələrlə qiymətləri hər gün artırırlar.
“İndi Novruz bayramı ərəfəsidir. Monopolistlər isə istəyir ki, qiymətləri bayrama görə bir az da qaldırsınlar”, – deyə Ə.Məsimli əlavə edib.
O qeyd edib ki, Azərbaycanda monopoliyaya son qoyulmalıdır və iqtisadi azadlıqlar genişləndirilməlidir.
Aqşin Kərimov