Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə Azərbaycan səfərinin yekunlarına dair paylaşım edib:
“14 və 28 may seçkilərindən sonra ilk səfərimizi Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə Azərbaycana etməklə həmrəyliyimizi göstərdik.
Rəbbim sevgimizi, dostluğumuzu daim qorusun. İnşallah Türkiyə Əsri eyni zamanda Türk Dünyasının əsri olacaq.
Türk Dövlətləri Təşkilatının institusional potensialını gücləndirmək üçün birlikdə çox çalışırıq. Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji mövqeyə sahibik. Qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Biz bu dialoq prosesini qardaşım İlhamla tam koordinasiya şəraitində həyata keçiririk. İnanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik.
Bu münasibətlə bizlərə “iki dövlət, bir millət” şüarını miras qoyan Azərbaycanın Ümummilli lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə rəhmət və minnətdarlıq hissi ilə yad edirəm.
Müzəffər Ali Baş Komandan və Prezident İlham Əliyev qardaşımla əl-ələ, ürəkdən ürəyə, biz bundan sonra da hər sahədə əlaqələrimizi inkişaf etdirəcəyik”, – dövlət başçısı yazıb.
14 ve 28 Mayıs seçimleri sonrası ilk ziyaretlerimizi Kuzey Kıbrıs Türk Cumhuriyeti’yle birlikte Azerbaycan’a yaparak dayanışmamızı ortaya koyduk.
Rabbim muhabbetimizi, gardaşlığımızı daim eylesin. 🇹🇷🇦🇿… pic.twitter.com/EG8F9d34d7
— Recep Tayyip Erdoğan (@RTErdogan) June 13, 2023
www.RIA24.az