İlham Əliyev İtaliya Prezidentinə başsağlığı verib

Siyasət


Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Silvio Berluskoninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Silvio Berluskoninin Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində böyük töhfəsi var idi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir