Ceyhun Bayramov və Hakan Fidan QDİƏT XİN Şurasının iclasında iştirak ediblər – YENİLƏNİB + FOTO

Siyasət


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla birlikdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında 46-cı iclasında iştirak edib.

Bu barədə Azərbaycan XİN-dən verilən məlumatda deyilir.

Qeyd olunur ki, QDİƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Daçiçin sədrliyi ilə keçirilən iclasda çıxış edən Ceyhun Bayramov tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycan tərəfindən regionda sülhün təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib.

Nazir işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq nəqliyyat və kommunikasiya bağlantılarının, habelə Zəngəzur dəhlizinin yaradılmasının müsbət təsirlərini diqqətə çatdırıb. Avropaya qaz ixracı və bu istiqamətdə imzalanan sazişlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın QDİƏT-in Mədəniyyət, Turizm, İKT, İnstitusional islahatlar və Yaxşı idarəçilik, eləcə də Kiçik və orta müəssisələr üzrə işçi qruplarında əlaqələndirici ölkə rolunu həyata keçirdiyi qeyd edilib.

Ölkəmizin, eyni zamanda, 2023-cü ilin 1 iyul tarixindən etibarən iki il müddətinə (iyul 2023 – iyul 2025) QDİƏT-in Enerji üzrə İşçi Qrupunda əlaqələndirici ölkə funksiyasını da öz üzərinə götürdüyü bildirilib.

İclasın sonunda yekun protokol və bir sıra vacib qərarlar qəbul olunub və sədrlik Serbiyadan Türkiyə Respublikasına təhvil verilib.

12:53

Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüş keçirir.

Bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.

Onlar birlikdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin onlayn formatda 46-cı iclasına qatılıblar.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir