Ərdoğan: “İşğaldan azad olunan ərazilərdə görülən işlər Azərbaycanın necə sürətlə inkişaf etdiyini göstərir”

Siyasət


“Azərbaycanın böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələlərdən biri də yolların çəkilməsidir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Əvvəlki səfərində işğaldan azad olunan ərazilərdə tunellərin, körpülərin, viadukların inşasının sürətlə aparıldığını müşahidə etdiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: 

“Bunlar Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrindən sonra necə sürətlə inkişaf etdiyini açıq şəkildə ortaya qoyur. Biz bunları gördükcə iftixar edirik”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir