Keçmiş məcburi köçkün: “Laçından apardığımız samovarla 31 il sonra yenidən çay içəcəyik”

Siyasət


“31 il əvvəl Laçından apardığımız samovarı da Laçına qaytarmışıq, həmin samovarla yenidən çay içəcəyik”.

Bunu “Report”a açıqlamasında Laçına qayıdan keçmiş məcburi köçkün Ramiz Həsənov deyib.

“Uzun illərdən sonra Laçına qayıtmışıq. Bizi bu torpaqlardan zorla ayırmışdılar. Torpaqlarımız işğal olunmuşdu. Allaha şükürlər olsun ki, bu günləri də gördük, doğma yurdumuza qayıtdıq. İndi böyük hislər, duyğular yaşayırıq. Buna görə Prezidentimizə öz adımdan, laçınlılar adından, bura qayıdan sakinlər adından minnətdarlığımızı bildiririk. Biz şəhidlərimizin qarşısında baş əyirik, onlara Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayırıq”, – deyə keçmiş məcburi köçkün sevinc hissələrini ifadə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb və daha 22 ailə – 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Bundan əvvəl isə Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülmüşdü.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir